İsrail hərbçiləri ötən il 57 uşaq qətlə yetirib

Fələstin Azadlıq Təşkilatı yanında "Abdulla əl-Hurani" araşdırma mərkəzi İsrail hərbçilərinin 2018-ci ildə şəhid etdikləri fələstinlilər barədə hesabat yayıb. FaktXeber.com-un məlumatına görə, sənəddə bildirilir ki, ötən il həyatını itirən 312 fələstinlidən 57-si uşaq və 3-ü qadındır. Bundan başqa qurbanların 262-si Qəzza zolağının sakinidir, daha 50 fələstinli isə İordan çayının Qərb sahilində həyatını itirib.

Araşdırma mərkəzinin illik hesabatına görə, 2018-ci ildə israilli hərbçilərin zorakılığı 2017-ci ilə nisbətdə 2 dəfə artıb. 

Bundan başqa 38 fələstinlinin meyiti hələ də ailələrinə verilməyib.

Sənəddə bildirilir ki, 2018-ci ildə israillilərin İordan çayının qərb sahilinə  və Qəzza zolağında hücumu zamanı 31.500 fələstnli yaralanıb. Onlardan 26 mini "Böyük Qayıdış Yürüşü"ndə xəsarət alıb.

Qeyd edək ki, "Böyük Qayıdış Yürüşü" 2018-ci ilin martın 30-da  Torpaq Günü münasibətilə  Qəzza zolağında başlayıb və hələ də davam edir. Fələstinlilərin bu aksiyasında əsas məqsəd İsrailin 1976-cı ildə Fələstin torpaqlarını müsadirə etməsi qərarını dünyaya xatırlatmaqdır.