İsrail fələstinliləri bu güllə ilə vurur

İsrail əsgərləri Böyük Qayıdış Yürüşü zamanı nümayişlərə qatılan fələstinlilərə qarşı hücumlarda “sümüyü toza çevirən” güllələrdən istifadə edib.

Axar.az xəbər verir ki, bu barədə Sərhəd Tanımayan Həkimlər Təşkilatının Livan ofisinin icraçı direktoru Cihan Besisu danışıb.

“Təşkilatımıza bağlı olan klinikalarda çox sayda yaralı müalicə edildi. Sağlamlıq briqadaları xəstələrin sümüklərinin tamamilə toza çevrildiyinin şahidi oldular. Aparılan əməliyyatlar yaralıların vəziyyətini normallaşdırsa da, bir çoxunun uzunmüddətli reabilitasiyaya ehtiyacı var”, - Besisu bildirib.