Avstraliyanın baş naziri Skott Morrison ölkəsinin Qüdsü rəsmən İsrail dövlətinin paytaxtı kimi tanıdığını bəyan edib.
SBS-yə istinadən xəbər verilir ki, bu haqda baş nazir Sidney İnstitutunda etdiyi çıxışda bildirib.
“Avstraliya artıq Qərbi Qüdsü İsrail paytaxtı olaraq tanıyıb”, - deyə baş nazir Morrison açıqlayıb.
Morrison eyni zamanda qeyd edib ki, yaxın zamanda Avstraliya Qüdsdə ticarət nümayəndəliyini və hərbi attaşe ofisini açmağı planlaşdırır. Avstraliya səfirliyi hələlik Təl-Əvivdə qalsa da, ölkə hazırda Qüdsdə diplomatik missiyanın yerləşməsi üçün uyğun bina axtarışındadır.
Qeyd edək ki, İsrail Qüdsü öz vahid və ayrılmaz paytaxtı hesab edir. İsrail ordusu şəhəri 1967-ci ilin Altıgünlük müharibəsi zamanı ələ keçirib.
Xatırladaq ki, Avstraliyadan savayı ABŞ, Çexiya, Braziliya, Honduras və Qvatemala kimi ölkələr də Qüdsün İsrail paytaxtı kimi tanıyıb.
Avstraliyadan Fələstinə ağır zərbə: Qüdsü İsrail paytaxtı kimi tanıdı

Oxşar xəbərlər