İsrail Suriyaya raket zərbələri endirdi

İsrail Suriyanın Həma şəhərinə raket hücumu təşkil edib.
 
Qaynarinfo xəbər verir ki, Suriya mediasının məlumatına görə, raketlər havadan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. 
 
Qeyri-rəsmi digər xəbərdə isə İsrail hərbi təyyarələrinin Masyaf bölgəsində İrana məxsus Talay düşərgəsini hədəf aldığı bildirilir.