Dünyanın gözlədiyi xəbər gəldi: Atəşkəs elan edildi

Fələstin və İsrail arasında atəşkəs razılaşması əldə edilib.
 
Xarici KİV-ə istinadən xəbər verilir ki, Misir və digər beynəlxalq tərəflərin vasitəçiliyi ilə Fələstin müqavimət hərəkatının üzvləri və İsrail arasında atəşkəs elan edilib. 
 
Ötən gün İsrail sərhəddəki əsgərlərinə atəş açıldığını və 1 əsgərin öldüyünü bildirdi. Daha sonra İsrail Qəzzaya hava hücumu təşkil etmiş, 4 fələstinli həlak olmuşdu. Hücum zamanı Həmasa aid İzzəddin Əl Qəssam birliyinə aid 15 hədəf vurulub.