Müsəlmanların Peyğəmbər məscidinə girişinə qadağa qoyuldu

Fələstinin işğal olunmuş İordan çayının Qərb sahili ərazisində yerləşən Xevron(Əl-Xəlil) şəhərindəki  İbrahim peyğəmbər məscidinə (“Əl-Haram Əl-İbrahimi”) qeyri-yəhudilərin girişinə qadağa qoyulub. 
 
Bu haqda “Anadolu” agentliyi xəbər yayıb. İsrail hakimiyyəti tərəfindən qoyulmuş qadağa avqustun 8-i saat 22.00-də qüvvəyə minib və bir sutka davam edəcək. 
 
Bu dəfə Fələstin müsəlmanlarının hüquqları yəhudilərin “Yom Kipur” bayramıyla əlaqədar  pozulur. Məbəddə azan səslənməsi də qadağan edilib. 
 
Fələstinin Diyanət və Vəqflərlə İş üzrə naziri Yusuf Ədis  beynəlxalq təşkilatları, o cümlədən YUNESKO-nu Fələstin xalqının mədəni və tarixi irsinin qorunması ilə  öz öhdəliklərini yerinə yetirməyə çağırıb.
 
Xatırladılır ki, 30 il öncə İsrail İbrahim məscidinə nəzarəti ələ keçirərək onu yəhudi və müsəlmanlar üçün olmaqla  iki hissəyə bölüb.