İsrail əsgərləri 13 yaşlı uşağı qətlə yetirib

İsrail əsgərləri Qəzzada 13 yaşlı fələstinli uşağı öldürüb. FaktXəbər bildirir ki, bu barədə "Middle East Monitor" məlumat yayıb.

Məlumata görə, İsmayıl Məhəmməd Salha adlı azyaşlı gözayaşardıcı qaz balonunun başına dəyməsindən sonra həyatını itirib.

Salha 11 yanvarda yaralanıb və o, beyin zədələnməsi diaqnozu ilə Qəzzadakı Şifa xəstəxanasında yerləşdirilib. Həkimlər onun həyatını xilas etməyi bacarmayıb.

Bu, 2019-cu ildə İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürülən ilk uşaq olub.