İsrail ordusu Fələstinin paytaxtını mühasirəyə alıb

İsrail rejiminin hərbçiləri Fələstin Muxtariyyatının paytaxtı Ramallahı mühasirəyə alıb. FaktXəbər bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilir ki, İsrail əsgərləri İordan çayının Qərb sahilinə də yerləşdirilib.

İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus deyib ki, Ramallaha gedən bütün giriş-çıxışların bağlanılmasında səbəb iki nəfəri yaxalamaqdır.

Qeyd edək ki, ötən gün İordan çayının Qərb sahilində yəhudi yaşayış məntəqələrinin birində avtobus dayanacağında naməlum şəxslər bir qrup israilliyə atəş açıb. Hadisə zamanı iki israilli ölüb. Naməlum silahlıların Ramallaha istiqamətinə getdiyi ehtimal olunur.