Fələstinin baş naziri istefasını Mahmud Abbasa təqdim edib

Fələstinin baş naziri Rami əl-Həmdallah yeni hökumətin qurulması üçün istefa məktubunu dövlət başçısı Mahmud Abbasa təqdim edib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Fəth hərəkatının mərkəzi komitəsinin yeni hökumətin qurulması istiqamətində tövsiyələrindən sonra Rami əl-Hamdallah istefa vermək qərarına gəlib. Yeni hökumət qurulana qədər mövcud hökumət  Rami əl-Həmdallahın rəhbərliyində qalacaq.

Qeyd edək ki, işğal altında olan İordan çayının Qərb sahilindəki Ramallah şəhərində bazar günü Mahmud Abbasın başçılığı ilə mərkəzi komitənin toplantısı keçirilib.