İstintaq idarəsi rəisinin imzaladığı sənəd jurnalistə təqdim olunub
Meydan TV-nin səlahiyyətli şəxslərinə qarşı açılmış cinayət işinə görə ölkədən çıxışı məhdudlaşdırılmış daha bir jurnalistin, Aynurə Heydərovanın səfər qadağası götürülüb.
Bu barədə onun özü “Facebook” hesabında məlumat paylaşıb. Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Əhmədovun imzasıyla jurnalistin ailəsinə təqdim olunan sənəddə bildirilir ki, istintaqı aparılan cinayət işi ilə əlaqədar zərurətin aradan qalxması səbəbindən ölkədən çıxışa qoyulan məhdudiyyət götürülüb.
Aynurə Heydərova hazırda Azərbaycanda yaşamır. O, məhdudiyyət səbəbindən ailəsi ilə görüşə bilmirdi. Jurnalist paylaşımında ölkəyə qayıtmaq istədiyini də vurğulayıb:
“Meydan TV ilə heç bir əlaqəm olmasa da, sonunda sərhədsiz jurnalist oldum. İllərdir ailəmdən, yaxınlarımdan, qohumlarımdan uzaq qalmağın acısı isə bambaşqaydı. Bunu heç nə qaytarmayacaq. Deyirəm, bütün mühacirlər yığışaq bir yerdə qayıdaq”.
İndiyədək müstəqil jurnalistlər Aynur Elgünəş, Sevinc Abbasova, Orxan Məmməd, Aytac Əhmədova, Aytən Fərhadova, İzolda Ağayeva, Natiq Cavadlı, Elnur Muxtar və yazıçı Rasim Qaracanın ökədən çıxışına qoyulan qadağa aradan götürülüb.
MEYDAN TV
Jurnalistin qadağası götürüldü

Oxşar xəbərlər