Naim Qasim: Ayətullah Xameneyə yönəlik təhlükə qarşısında susmayacağıq

Lübnan Hizbullahının Baş Katibi Şeyx Naim Qasim, Livanlıların İranla həmrəy olmaq məqsədilə keçirilən mərasimdə etdiyi çıxışında, ABŞ-ın keçmiş Prezidenti Donald Trumpın İran İslam İnqilabı Lideri Ayətullah Seyyid Əli Hameneyə qarşı təhdidlərinə sərt reaksiya göstərib. O, “Trump Ayətulla Xameneyini təhdid etdikdə, əslində onu sevən on milyonlarla insanı hədəf almış olur” deyib.

Hizbullahın Baş Katibi, “Trump Ayətullah Xameneyini təhdid etdikdə, bu təhdid milyonlarla tərəfdarına yönəldib. Biz bu təhdidi özümüzə edilmiş sayırıq və lazım bildiyimiz hər hansı addımı atmaqdan çəkinməyəcəyik” deyib.

Şeyx, bu təhdidə qarşı geniş şəkildə və hazırlıqlı olaraq cavab verməyin bir vəzifə olduğunu qeyd edərək, “Rəhbərə veriləcək hər hansı bir ziyan, onun geniş xalq dəstəyi və vilayəti fəqih məqamı sayəsində bölgədə və dünyada sabitsizlik deməkdir. Trumpın ya da başqalarının Ayətullah Xameneyə qarşı etdiyi təhdidlərə qarşı susa bilmərik; bütün imkanlarımızla bu təhdidlərə qarşı duracağıq” ifadələrini işlədib.

ABŞ-ın İran qarşısında 8 il davam edən bir müharibə apardığını, hər növ silahı istifadə etdiyini və rejimi devirmək üçün milyonlarla dollar xərclədiyini, lakin uğursuz olduğunu deyən Qasim, 1979-cu ildə İran İslam Cümhuriyyətinin qurulmasından bəri Vaşinqtonun İranla mübarizə apardığını bildirib. Şeyxə görə bunun səbəbi, ABŞ-ın müsəlmanlar və dünyanın zalımlarına nümunə olan azad və müstəqil bir ölkəni qəbul edə bilməməsidir.

Şeyx, “İran İslam Cümhuriyyətinin uğuru, Amerika və İsrailə vurulan ən böyük zərbə oldu. İran, 12 günlük müharibədə müqavimət göstərdi və Ayətullah Xameneyinin rəhbərliyi altında ABŞ və İsrailin planlarını alt-üst etdi” deyib. Düşmənlərin iqtisadi vəziyyət üzərindən İranı daxildən çökdürmək istədiyini iddia edən Qasim, bu məqsədlə təhlükəsizlik qüvvələrini və vətəndaşları hədəf alan təxribatçıların işə salındığını, məscidlərin, nəqliyyat vasitələrinin və müxtəlif mərkəzlərin yandırıldığını bildirib.

Hizbullahın Baş Katibi çıxışının sonunda, “Zorla dayandırılan sülh, istibdaddır; zorla qurulan kolonializm və İsrailin Qəzzədə apardığı soyqırım isə Qərbin iştirakı ilə həyata keçirilən vəhşilik və cinayətdir” deyib. O, İran xalqına səslənərək, “Siz mübariz bir xalqsınız. Biz sizinləyik, siz də bizimləsiniz. Bizi ölüm ilə təhdid etməyin; çünki ölüm sizin deyil, uca Allahın əlindədir. Lakin izzət bizim əlimizdədir və bundan əsla imtina etməyəcəyik” deyə qeyd edib.