İran telekanalının jurnalisti ABŞ-da saxlanılıb

İranın PressTV telekanalının jurnalisti Mərziyə Haşimi Vaşinqtonda saxlanılıb.
 
Bu barədə çərşənbə günü telekanalın "Twitter" hesabında yerləşdirilən məlumatda deyilir.
 
"Bizə PressTV-nin jurnalisti və "xəbərlər"in aparıcısı Mərziyə Haşiminin Vaşinqtonda tutularaq həbs edildiyi xəbər verilib. Onun həbsinin səbəbləri aydın deyil", - deyə məlumatda qeyd edilir.
 
Bildirilir ki, hazırda jurnalistə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.