Rakurs.tv-nin verdiyi xəbərə görə, oktyabrın 9-da Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə jurnalist Elçin İsmayıllının Şəki Apellyasiya Məhkəməsinin 13 fevral 2018 -ci il tarixli qərarından verilən kassasiya şikayəti təxirə salınıb. Məhkəmə heyəti E.İsmayıllının vəkili Elçin Sadıqovun prosesdə iştirak etməməsini əsas gətirərək prosesin 30 oktyabr saat 16:00-a təyin olunduğunu elan edib.
Xatırladaq ki, “Azadlıq radiosu”nun bölgə müxbiri, jurnalist Elçin İsmayıllı 2017-ci il fevralın 17-si həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən, barələrində rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə və rüşvət almaqda ittiham olunub. Ötən il sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsi Elçin İsmayıllının 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Jurnalistə həmçinin, 3 il müddətində müəyyən vəzifə tutmaq qadağan olunub. 2018-ci ilin fevralın 13-də Şəki Apelyasiya Məhkəməsi Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Jurnalistin kassasiya şikayəti təxirə salındı
Oxşar xəbərlər