Son 10 ildə neçə jurnalist qətlə yetirilib?

BMT Baş katibi Antonio Quterreş jurnalistlərin öldürülməsi ilə bağlı danışıb.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, o, son 10 ildə 1000-dən çox jurnalistin qətlə yetirildiyini, həmin cinayətlərin isə 90 faizinin hələ də üstünün açılmadığını bildirib.

Quterreş sözlərinə əlavə edib ki, media işçilərinə qarşı hücumlar “normal” vəziyyətə çevrilməməlidir.

Baş katib hökumətlərə və beynəlxalq ictimaiyyətə səslənərək jurnalistləri qorumağa və onları işlərini icra etmək üçün lazımi şərait yaratmağa çağırıb.