Yüzlərlə jurnalist öldürülüb

Əsəd rejimi 5-i əcnəbi olmaqla 543 mətbuat işçisini öldürüb

Suriya İnsan Haqlar Şəbəkəsi ölkədə 2011-ci ilin mart ayından bu günə qədər 8-i əcnəbi olmaqla 689 mətbuat nümayəndəsinin həlak olduğu barədə açıqlama verib.Xarici mətbuata istinadla xəbər verilir ki, onlar Bəşər Əsəd rejimi və əcnəbi terror qruplaşmaları tərəfindən öldürülüb.

Məlumata görə, Əsəd rejimi 5-i əcnəbi olmaqla 543 mətbuat işçisini öldürüb. 2015-ci il sentyabrında rejimə dəstək vermək üçün Suriyaya müdaxilə edən Rusiyaya qüvvələri tərəfindən 19 mətbuat işçisi, ABŞ koalisiya qüvvələrinin hücumları zamanı isə 1 mətbuat işçisi qətlə yetirilib.

YPG-PKK terror təşkilatı 4, İŞİD 3-ü əcnəbi olmaqla 64, hərbi müxalifət 25, rejimə qarşı vuruşan Həyat Təhrir əş-Şam 5, kimliyi məlum olmayan qruplaşmalar isə 28 mətbuat işçisini öldürüb.