Zəhra (s.ə) Universitetində qızlar üçün İnformasiya Texnologiyaları fakültəsi açıldı

İraqın Kərbəla şəhərində qızların təhsili və texnoloji inkişafı istiqamətində mühüm addım atılıb.

Ali Məqamlı Mərcə Ayətullah əl-uzma Seyid Əli Sistaninin nümayəndəsi və İmam Hüseyn (ə) ziyarətgahının mütəvəllisi Şeyx Əbdülmehdi Kərbəlai Zəhra (s.ə) Universitetində yeni qızlar üçün İnformasiya Texnologiyaları (İT) fakültəsi binasının təntənəli açılışını edib.

İmam Hüseyn (ə) ziyarətgahının himayəsi ilə inşa edilən yeni tədris korpusu müasir dövrün tələblərinə uyğun olaraq ən son texnoloji avadanlıqlarla təchiz edilib.

Açılış mərasimində qeyd olunub ki, layihənin əsas məqsədi xanım tələbələrin müasir elm və texnologiya sahələrində rəqabətədavamlı kadr kimi yetişməsini təmin etməkdir. Yalnız xanımlar üçün nəzərdə tutulan bu ali təhsil ocağı, onlara mənəvi dəyərləri qorumaqla yanaşı, qlobal əhəmiyyətli İT sahəsində peşəkar biliklər əldə etmək imkanı yaradır.