Hakan Fidan: “İran küncə sıxışdırılsa, ən pis ssenariyə hazırlaşacaq”

Türkiyənin xarici işlər naziri Hakan Fidan İrandakı proseslər və ABŞ-nin mümkün addımları ilə bağlı diqqətçəkən açıqlama verib.

Nazir Vaşinqtona müraciətlə İrana qarşı siyasətdə ifrat təzyiqdən çəkinməyə çağırıb.

Fidan bildirib ki, Tehran özünü tamamilə küncə sıxışdırılmış hiss edərsə, bu, ölkəni daha sərt və təhlükəli ssenarilərə hazırlaşmağa sövq edə bilər. Onun sözlərinə görə, belə bir yanaşma regionda nəzarətdən çıxan gərginlik yarada bilər.

Türkiyənin XİN rəhbəri vurğulayıb ki, hazırkı proseslərin İranda rejim dəyişikliyinə gətirib çıxaracağına inanmır. O, İranın Venesuela kimi uzunmüddətli iqtisadi-siyasi böhrana sürüklənməsinin region üçün ciddi risklər doğuracağını qeyd edib.