Aministiya çərçivəsində daha 2 MBH üzvü azadlığa çıxıb

 Aministiya aktının icrası davam edir. Yanvarın 26 da daha iki Müsəlman Birliyi Hərəkatının üzvü azadlığa çıxıb. Şahin Məlikov və Rövşəv Əliyev bu gün cəza çəkdikləri 17 saylı müəssisədən azadlığa buraxılıb. Bununla da Aministiya aktı çərçivəsində buraxılan MBH ailəsinin üzvülərinin sayı 17-ə çatıb.

Məlumat üçün deyək ki, Məlikov Şahin 2023-cü il 15 mayda saxlanılıb. Narkotiklərlə bağlı ittiham edilən inanclı  2024-cü ilin 26 yanvarında məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.  

Əliyev Rövşən Seyfəli oğlu isə 2023-cü il may ayının 12-də saxlanılmışdı. Məhkəmə  2023-cü ilin 2 dekabrında onu 3 il müddətinə azadlıqdan məhrum etmişdi.