Qazaxıstan CPC-yə hücumlar nəticəsində 4 milyon tona yaxın neft ixrac edə bilməyib

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) sisteminə edilən hücumlar səbəbindən təxminən 3,8 milyon ton neft ixrac edə bilməyib.

Qazaxıstan mətbuatı xəbər verir ki, bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan tankerlərə hücumlardan sonra "Tengiz" və "Korolevskoe" yataqlarında hasilatın dayandırılması ilə əlaqədar təxminən 1 milyon ton neft itkisi ilə üzləşib. Hazırda hər iki yatağın fəaliyyəti qismən bərpa olunub.

"Biz bir həftə ərzində "Tengiz" yatağının tam işə salınacağını gözləyirik", - nazir qeyd edib.

CPC obyektləri yaxınlığında tankerlərə hücumlardan sonra gəmilərin sığorta dəyəri də əhəmiyyətli dərəcədə artıb.