Noyabrın 27-də saxlanılanaraq 1 ay inzibati cəza alan "Azel.TV” saytının baş redaktoru Əfqan Sadıqlı azadlığa buraxılıb.
Məlumatı Əfqan Sadıqlının həyat yoldaşı Sevinc Sadıqova "Facebook” səhifəsində yayıb.
Əfqan Sadıqova noyabrın 27-də Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polis əməkdaşının və hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamaq) ilə 1 ay inzibati həbs verilib.
Baş redaktor həmin günü mülki geyimlilər tərəfindən maşına mindirilərək aparılıb. Sevinc Sadıqovanın Meydan TV-yə verdiyi məlumata görə, heç bir izahat vermədən, jurnalisti zorla maşına mindirib aparıblar və hara apardıqları barədə dəqiq məlumat verməyiblər.
Bir müddət əvvəl də Əfqan Sadıqlı 30 gün müddətinə azadlıqdan məhrum edilmişdi.
Ə.Sadıqlı ilk dəfə 2016-cı ilin noyabrın 22-də saxlanılmışdı. O, CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan jurnalistin cəzası 1 il azaldılmışdı.
Jurnalistin cəza müddəti bitib
Oxşar xəbərlər