Jurnalistin qətlində təqsirləndirilən şəxs həbs edilib

Bolqarıstanda məhkəmə telejurnalist Victoria Marinova-nın zorlanması və qətlində təqsirli sayılan şəxsi 30 illik həbs cəzasına məhkum edib.
 
21 yaşlı Severin Krassimirov aprelin 22-də ölkənin şimalındakı Ruze şəhərində məhkəmə qarşısına qoluqandallı çıxarılıb. O, zorlama və qətl ittihamlarını boynuna alıb.
 
30 yaşlı jurnalistin cəsədi ötən ilin oktyabrında Ruzedə Danub çayının sahilində tapılıb.
 
Təhqiqatçılar jurnalistin zorlandığını, başından vurulduğunu və boğulduğunu bildiriblər.
 
Cinayətin seksual xarakter daşıdığı, qurbanın peşəsiylə əlaqəsi olmadığı qeyd olunub.
 
Krassimirov hadisədən sonra qaçdığı Almaniyada saxlanaraq qətldən bir həftə sonra Bolqarıstana təhvil verilib. Müstəntiqlər onun təkbaşına hərəkət etdiyini deyiblər.
 
Təqsirləndirilən istintaqla əməkdaşlıq etdiyindən ona ömürlük həbs cəzası kəsilməyib.
 
Azadliq.org