'Jurnalist fəaliyyətimə görə həbs edilmişəm''
Dövlət Təhlükəsiliyi Xidməti tərəfindən saxlanılan Reallıq.info saytının redaktoru İkram Rəhimov ailəsi ilə telefonla danışıb. Jurnalist ona qarşı irəli sürülüən ittihamlar, onunla rəftar barədə yaxınlarına məlumat verib.
Ailəsindən verilən məlumata görə, İ.Rəhimov saxlanılma şəraitindən, onunla rəftardan narazılıq etməyib. Jurnalist ona qarşı irəli sürülən ittihamları isə rədd edib.
“İkram bildirir ki, onu saytında yazdığı yazılarına görə, tutublar. Son zamanlar hökumət adamlarını sərt tənqid etdiyi üçün ona dəfələrlə xəbərdarlıq olunub. Ancaq bu xəbərdarlıqları diqqətə almadığını, fəaliyyətinə davam etdiyini söyləyir. Elə buna görə də axırda həbs etməli olublar. İkram deyir ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün heç bir qanuni əsas yoxdur, peşə fəaliyyətinə görə həbs olunub”, ailəsindən bildiriblər.
İ.Rəhimov həmçinin vəkili Elçin Sadıqovla da görüşüb. Bu haqda vəkil özü məlumat verib.
“Oktyabrın 30-da İkram Rəhimovla DTX-da görüşdüm. Deyir ki, saxlanılan zaman zorakılığa məruz qalmayıb. Saxlanılma şəraitindən də narazı olmadığını dedi. Eyni zamanda heç bir cinayət törətmədiyini bildirdi. Jurnalist fəaliyyətinə görə həbs edildiyini söylədi. Xahiş etdi ki, onun açıqlamasını yayım”, vəkil deyib.
Bu gün, noyabrın 1-də Bakı Apelyasiya Məhkəməsi İkram Rəhimov barəsində 2 aylıq həbs qəti imkan tədbirinin seçilməsi haqda Səbail rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Prosesi izləmiş yaxınlarının deməsinə görə, İkram Rəhimov məhkəmədə çıxış edib. O, bildirirb ki, heç bir cinayət törətməyib, barəsində seçilmiş 2 aylıq həbs qəti imkan tədbiri qanunsuz olduğu üşün dəyişdirilməlidir.
İ.Rəhimov həmçinin bütün ittihamları rədd edib, onu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun və Mətbuat Şurasının tutdurduğunu deyib.
“Məni həbs edəndə elə ilk sualları Əli Həsənovla və Mətbuat Şurası haqqında yazılarım barədə oldu. Ə.Həsənova müraciətimi özümün yazıb-yazmadığını sual etdilər”, jurnalist məhkəmədə deyib.
Məhkəmə heyəti jurnalistdən tələb edib ki, mahiyyət üzrə danışsın. Yekunda jurnalist barəsində 2 aylıq həbs qəti imkan tədbirinin seçilməsi barədə qərar qüvvədə saxlanılıb.
İkram Rəhimov oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmə jurnalisti həbsdə saxladı

Oxşar xəbərlər