Rakurs.tv-nin verdiyi xəbərə görə, sentyabrın 26-da Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə jurnalist İbişbəyli Fikrət Fərəməzoğlunun (Fikrət Fərəməzoğlu) Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr 2017 -ci il tarixli qərarından verilən kassasiya şikayətinə baxılıb.Məhkəmə prosesində vəkil Elçin Sadıqov, dövlət ittihamçısı Ramiz Alverdiyev də iştirak ediblər. F.Fərəməzoğlunun özü məhkəmədə iştirak etməyib.
Vəkil E.Sadıqov kassasiya şikayətinin əsaslarını müdafiə etdiklərini bildirib və məhkəmədən Fərəməzoğluna qarşı irəli sürülmüş AR CM - nin 182. 2.1, 182. 2.2, 182. 2.4 -cü maddələri üzrə işə xitam verilməsi, jurnalistin İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiyanın 3-cü, 5-ci, 8-ci, 10-cu və 18 -ci maddələrində göstərilən hüquqlarının pozuntusunun tanınmasını istəyib.
Dövlət ittihamçısı da çıxışında verilən şikayəti qəbul etmədiklərini, kassasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edib.
Qısa sürən müşavirədən sonra məhkəmə şikayətin qismən təmin edildiyini, jurnalistə qarşı irəli sürülmüş 182. 2, 182. 4 maddələrinin ləğv edilməsini, cəzasının 1 il azaldılması barədə qərarını elan edib.
Xatırladaq ki, ötən ilin iyul ayında həbs edilən "JAM.az" saytının rəhbəri Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham edilib.
O, həbs edilərkən Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, cənab Fərəməzoğlu "bir restoran sahibindən 3000 manat alarkən" saxlanılıb.
Jurnalist və vəkilləri bu ittihamları təkzib edir və həbsin "siyasi motivli" olduğunu qeyd edirlər.
Jurnalistin kassasiya şikayəti qismən təmin edildi
Oxşar xəbərlər