Azərbaycanda müstəqil mediaya qarşı 2023-cü ildən başlayan təqiblər beynəlxalq media qurumlarından da yan keçməyib.
Ötən il Azərbaycan hökuməti "Amerikanın Səsi", BBC və "Bloomberg"in ölkədə fəaliyyət göstərən jurnalistlərinin akkreditasiyalarını ləğv edib.
Bunun fonunda noyabrın 17-də "Euronews"un Bakıda ofis açması isə maraqla qarşılanıb.
Açılışda çıxış edən "Euronews”un İdarə Heyətinin sədri Pedro Varqas David deyib ki, rəhbərlik etdiyi media qurumu Azərbaycana qarşı "həmişə balanslı mövqe nümayiş etdirib və buna görə təzyiqlərə məruz qalıb".
"Euronews" Azərbaycan prezidenti İlham Əliyevdən də mütəmadi müsahibələr alır. Sonuncu müsahibə Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində baş tutub.
Əliyev müsahibə verməklə yanaşı, qurumun təşkil etdiyi panel müzakirəsində də çıxış edib.
Bu müsahibələrdə, əsasən, Azərbaycanın enerji siyasəti, xarici ölkələrlə münasibəti və ticarət haqda suallar verilir. Ölkədə insan hüquqlarının vəziyyəti və korrupsiya kimi mövzulara isə toxunulmur.
Varqas Davidin sağçı siyasətlə tanınan, Əliyevi özünün dostu adlandıran Macarıstan baş naziri Viktor Orbanla şəxsi və maliyyə əlaqələri olduğu haqda hələ 2021-ci ildə mətbuatda iddialar yayılmışdı. O özü bunu birbaşa inkar etməsə də, bunun "Euronews"un redaksiya siyasətinə xələl gətirməyəcəyinə söz vermişdi.
2024-cü ilin oktyabrında isə icraçı direktoru vəzifəsinə alman jurnalist Klaus Stranz gətirildi. Onun sosial mediada İsraili dəstəkləyən və miqrantları pisləyən paylaşımları "Euronews"un jurnalistləri arasında redaksiyanın yeni istiqaməti ilə bağlı sualların yaranmasına səbəb olmuşdu.
Həmin vaxt ABŞ-nin "Politico" nəşrinə anonim danışan jurnalistlər Stranzın direktor vəzifəsinə gətirilməsinin Viktor Orbanın təzyiqi nəticəsində baş verdiyini demişdilər.
Televiziya auditoriyasının kiçildiyi və Avropa İttifaqı haqda rəsmi xəbərlərin maraq doğurmadığı dövrdə "Euronews" son illərdə sifariş əsasında reklam yönümlü materiallar yayımlamağa başlayıb. Bu çərçivədə media qurumu Azərbaycanın təbiətini və turizm potensialını nümayiş etdirən reportajlar dərc edib.
Bakı ofisi açılandan bəri də "Euronews" həbsdə olan 20-dən çox azərbaycanlı həmkarları barədə xəbər hazırlamayıb. Bu isə qurumun rəhbərliyi ilə Azərbaycan hökuməti arasında müəyyən mövzuların işıqlandırılmaması haqda razılaşmanın olduğu barədə şübhələr oyadır.
Həbsdə olan "Meydan TV" jurnalistləri bu yaxınlarda məhkəmə proseslərinin işıqlandırılması üçün "Euronews"a müraciət ediblər.
"“Euronews” kanalı isə uzun illərdir ki, müstəqil və tərəfsiz media adına iddialıdır, həmçinin Avropa dəyərlərinə, fundamental azadlıqların təməli sayılan ifadə azadlığına sadiq olduğunu bəyan edir. Ona görə də biz, həbsdə olan jurnalistlər “Euronews” kanalını, onun Bakı ofisində çalışan həmkarlarımızı siyasi sifariş əsasında aparılan məhkəmə proseslərimizi canlı yayımlamağa çağırırıq!", - müraciətdə deyilir.
Beynəlxalq mətbuata qapalı Azərbaycanda "Euronews"a niyə qapı açıqdır?