Arlem Dezir jurnalist Tapdıq Fərhadoğlunun saxlanması ilə bağlı narahatlığını bildirib.
Bu barədə Turan məlumat yayıb
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir Bakıda etiraz aksiyasını işıqlandıran "Amerikanın səsi" radiosunun müxbiri Tapdıq Quliyevin (Fərhadoğlu) saxlanması ilə bağlı narahatlığını bildirib.
"Mən "Amerikanın səsi" radiosunun müxbiri Tapdiq Quliyevin (Fərhadoğlu) etiraz aksiyasını işıqlandırdığı zaman saxlanılmasından narahatam. Jurnalistlər ictimai tədbirləri hədələnmədən və saxlanılmadan işıqlandırmalıdır", - A.Dezir özünün mikrobloqunda yazıb.
Tapdıq Fərhadoğlu sentyabrın 23-də səhər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında bir qrup qadının etiraz aksiyasını işıqlandıran zaman saxlanılıb.
Jurnalist DİN Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə aparılıb. Onun bütün avadanlıqları və elektron yaddaşları əlindən alınıb, saxlanılması barədə həmkarlarına və vəkilə məlumat vermək imkanlarından məhrum edilib. Yarım saat sonra jurnalistin avadanlıqlarını və yaddaş kartlarını qaytararaq özünü buraxıblar və "dövlətçiliyə qarşı yönəlmiş tədbirləri bir daha çəkməmək" barədə xəbərdarlıq ediblər.
ATƏT rəsmisi jurnalistin saxlanması ilə bağlı narahatlığını bildirib
Oxşar xəbərlər