Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda müdafiə tərəfinin əvvəlki prosesdə qaldırdığı vəsatətlər əsasında Azər Qasımlını hədə-qorxu ilə təhdid etməkdə ittiham edən Qurbanəli Yusifovun dostu Tehran Salmanov şahid qismində dindirilib.
Şahid bildirib ki, 2023-cü ilin dekabrında Azər Qasımlı Qurbanəli Yusifovu borca görə axtardığını deyib və bu məqsədlə onunla əlaqə saxlayıb. T.Salmanovun sözlərinə görə, Qasımlı borcun qaytarılmaması səbəbindən Yusifovu məhkəməyə verməyə hazırlaşdığını deyib və bu məlumatı ona çatdırmağı xahiş edib.
"Mən də bunu Qurbanəliyə dedim. O, Azər Qasımlıya borcu olduğunu və qaytaracağını söylədi. Bundan başqa heç nə demədi”, - şahid bildirib.
Bu zaman Azər Qasımlının vəkili Rövşanə Rəhimli şahiddən Qurbanəli Yusifovun ona Azər Qasımlının guya təhdid etməsi barədə hər hansı məlumat verib-vermədiyini soruşub. T.Salmanov isə belə bir söhbətin olmadığını deyib.
Daha sonra dövlət ittihamçısı Qurbanəli Yusifovun təhdidlə bağlı nəsə deyib-demədiyini soruşub. Şahidin cavabından aydın olub ki, Yusifov dostuna bu barədə heç bir məlumat verməyib.
Müdafiə tərəfi xatırladıb ki, ittiham aktında Azər Qasımlının 2022-2023-cü illərdə borca görə Qurbanəli Yusifovu oğlunu qaçırmaq və atasını öldürməklə hədələdiyi iddia olunur.
Növbəti məhkəmə prosesi yanvarın 28-i saat 17:00-a təyin edilib.
Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) ilə ittiham olunur. Siyasətçi ittihamları qəbul etmir və həbsinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.
Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Qurbanəli Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.
Onun sözlərinə görə, 2020-ci ilin mayında Yusifov Azər Qasımlının xahişi ilə onun adına kriptovalyuta platformasında hesab açaraq idarə edib. Həmin ilin may və avqust aylarında Qasımlı ona ümumilikdə 20 min ABŞ dolları verərək iki “bitcoin” almasını istəyib. Sonradan məlum olub ki, Yusifov yalnız bir “bitcoin” alıb, digəri isə alınmayıb. Daha sonra Azər Qasımlının hesabındakı bir “bitcoin” də naməlum səbəblərdən yoxa çıxıb.
Samirə Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Qurbanəli Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəlib və Yusifov bu barədə qəbz imzalayıb.
Lakin sonradan Yusifov ölkəni tərk edib və Azər Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi onun xeyrinə qərar çıxarıb.
S.Qasımlı bildirib ki, bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun adına məktub yazaraq guya Azər Qasımlının dövlət əleyhinə fəaliyyət göstərdiyini və onu da buna cəlb etməyə çalışdığını, razılaşmadıqda isə təhdid etdiyini iddia edib. Bu məktub əsasında araşdırma aparılsa da, sübutların olmaması səbəbindən işə xitam verilib.
Onun sözlərinə görə, 2024-cü ilin dekabrında Azər Qasımlının həbs olunması ilə bağlı tapşırıqdan sonra iş yenidən icraata götürülüb.
“Azər Qasımlı işi” üzrə şahid: ‘Qurbanəli Yusifov təhdid barədə heç nə deməyib’