Ötən ilin oktyabr ayında saxta ittihamlarla həbs olunan Müsəlman Birliyi Hərəkatının üzvü, Bərdə rayon sakini, keçmiş hicab məhbusu Elşən Abbasova hökm oxunub.
Operativ.TV xəbər verir ki, Bərdənin nüfuzlu dindarlarından olan Elşən Abbasova rayon məhkəməsi 2 il 6 ay müddətinə həbs cəzası verib.
Ona qarşı 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə cinayət işi açılmışdı.
İctimai və islamçı fəal Bərdə rayonunda xeyriyyəçi və müəllim kimi də tanınıb.
Xatırladaq ki, Elşən Abbasov 2012-ci ilin oktyabr ayının 5-ində keçirilən ikinci hicab aksiyasında saxlanılaraq 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məhkəmə önünə bir qrup dindar cəm olaraq, ona öz dəstəyini nümayiş etdiriblər.
Müsəlman birliyi hərəkatının üzvünə hökm oxunub

Oxşar xəbərlər