İraqda Xanım Zəhranın (s.ə.) şəhadəti ilə əlaqədar əzəmətli yürüş keçirilir

İraqın əl-Qadisiyyə bölgəsində Həzrəti Fatimə Zəhranın (s.ə) şəhadət ildönümü (Fatimiyyə günləri) münasibətilə genişmiqyaslı matəm yürüşü keçirilir. Minlərlə zəvvarın qatıldığı əza yürüşü müxtəlif şəhərlərdən də Nəcəfə, İmam Əli (ə) hərəminə doğru böyük kütləni hərəkətə keçirib.

Ərbəin ziyarətini xatırladan bu yürüş çərçivəsində “Şəhidi-Cümə əl-Hüseyni el-Mövəhhəd” matəm karvanı Əl-Həmzə – Qəmmas marşrutu boyunca Nəcəf-i Əşrəf şəhərinə doğru piyada hərəkətini davam etdirir.

Ziyarətçilər Həzrəti Əlinin (ə) hərəmini ziyarət etmək və Həzrəti Fatimənin (s.ə) xatirəsini yad etmək məqsədilə yoldadırlar. Marşrut boyunca yerli hüseyniyyələr və xidmət çadırları zəvvarlara xidmət göstərir, onların təhlükəsizliyi və ehtiyacları təmin olunur.