Dağıstanın Dərbənd şəhərində ictimai-dini sabitliyi pozmağa yönəlmiş təxribat xarakterli hadisə qeydə alınıb. Şəhərin mərkəzində yerləşən "Azadlıq" meydanındakı avtobus dayanacağında müqəddəs Quran kitabının cırılmış və ətrafa səpələnmiş səhifələri aşkar edilib. Hadisə yerli sakinlər və ictimaiyyət arasında ciddi narazılığa səbəb olub.
Məsələ ilə bağlı Dərbənd şəhərinin meri Xanlar Paşabəyov rəsmi açıqlama yayaraq baş verənləri qətiyyətlə pisləyib və sakinləri təmkinli olmağa çağırıb:“Qəzəbləndirici hadisədir. Avtobus dayanacağında müqəddəs Quranın cırılmış və ətrafa səpələnmiş səhifələri aşkar edilib. Belə bir hadisə milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir mömin və tərbiyəli insanda haqlı narazılıq doğurur.
Dərbənd əsrlər boyu müxtəlif dinlərə mənsub insanların birgə yaşadığı şəhər olub. Dini zəmində təxribatlara yol verilməməlidir.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır. Ümid edirəm ki, bu hadisəyə aidiyyəti olan şəxslər müəyyən ediləcək və onların əməllərinə hüquqi qiymət veriləcək.
Sakinləri sakitliyi qorumağa və təxribatlara uymamağa çağırıram”.
Hazırda yerli hüquq-mühafizə orqanları ərazidəki müşahidə kameralarının görüntülərini araşdırır və təxribatı törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Dərbənddə təxribat - Quranın səhifələri cırılaraq dayanacağa atıldı

Oxşar xəbərlər