Zəfərin zirvəsi

Zəfərin əldə olunan ən kiçik sevincindən həyat yüklü uğuruna qədər hər bir anını borclu olduğumuz Azərbaycanın şanlı əsgəri. Təkcə 44 günlük müharibə deyil, müstəqillik mücadiləsindən bu anımıza qədər vətənin azadlıq səlnaməsini bütün varlıqları ilə yazan mübarizlərimizdir onlar. Bəziləri mübarizənin zirvəsində ölümsüzlüyə qovuşaraq Azərbaycan bayrağındakı qanın rəngində xalqın kimliyinə çevrildi, bəziləri bu savaşda sağlamlığını itirib qazi olaraq vətən yükünü çiyinlərində əməli şəkildə daşıyaraq nümunə oldu, bəziləri isə bütöv bir Azərbaycanın Azərbaycan olması üçün əsgərin həqiqətini sözün əsl mənasında ortaya qoydu. Zəfərin həqiqətini onlar yaşatdı bu xalqın hər bir fərdinə. Bu kabinetlərdən, manitorlar arxasından, müharibədən atəş səslərini eşitməmək üçün bütün imkanlardan istifadə edənlərdən fərqli insanların adını qürurla üzəridə gəzdirdiyi şərəfli bir rütbədir: Azərbaycan əsgəri!
Zəfər tariximizin bütünlükdə onlara bağlı olan əsgəri ruh bu gün bu xalqın qürurlu olma səbəbi, eyni halda xalqın da qürur yeridir.
Biz də öz növbəmizdə Müsəlman Birliyi Hərəkatı olaraq bu qüruru xalqımıza yaşadan şəhid üzvlərimizin ölümsüz ruhunu Azərbaycan bayrağının yaşıl İslam rəmzindən doğan əqidəsində nümayiş olunaraq onların görüşünə Zəfərin zirvəsinə doğru addımlayaraq getdik.
Şəhid hərbi qulluqçu Abdullayev Balazadə. 1991-ci ildə Salyanda anadan olan Balazadə vətənpərvər olaraq döyüşə könüllü yollanıb. Şübhəsiz vətənə olan eşqi onu ruhunda güc və qüdrət mənbəyi olan dinə sevginin vəhdətində siması olduqca mərhəmətli olan bu gəncin əzmkarlıq qüvvəsini daha da möhkəmlətdi. Dini rituallara ciddi olan şəhidimiz oktyabrın 18-də Ağdərədə hərbçi yoldaşlarına su aparan zaman düşmənin hədəfinə tuş gəlib. Əqidə məktəbinin qolsuz səqqası kimi...
“Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilən şəhid Balazadə özündən sonra bir oğul övladını bu xalqa irs qoyaraq şəhidlik zirvəsinə yüksəldi.
Şəhid hərbi qulluqçu Şükür İlyasov. O, 1991-ci ildə Şabran şəhərində anadan oldu. Şükür İlyasov Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə də şəhid olub. Əhli-beytə (ə) xüsusi məhəbbəti ilə fərqlənən Şükür bəzən qurulan əza məclislərimizin məsum aşiqlərindən, ülvi sadiqlərindən idi. Hətta ruhən şəhadət yolunda olan bu cismin Əhli-beyt (ə) bağlılığı çoxuna arzulanan və ecazkar görünürdü. Şəhid Şükür İlyasov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhid hərbi qulluqçu Nohəl Əliyev. 1989-cu ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olub şəhidimiz. İmam Hüseyn (ə) eşqi ilə şəhadətə qəribə bir eşqi həmişə haqsızlığa barışmaz bir iradə ilə onu ətrafından fərqlləndirirdi. Xanım Zəhranın (s.ə.) son nəfəsinə qədər mücadiləsi onu həyatının hər bir sahəsinin ilhamverici güc mənəyi idi. Fizuli uğrunda gedən döyüşlərdə şəhid olan Nofəl şəhadətindən sonra “Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycanın şanlı qalib əsgəri, mübarək şəhidi, məğrur qazisi! Zəfəri bizə bəxş etdiyiniz üçün sizlərə sonsuz minnətdarıq. Sizin zirvəyə uzanan bu mübarək yolunuz gələcək nəsillərin də muştaq olduğu pak amalımız olacaq. Elə bir amal ki, bu dövlətin azadlıq və müstəqillik təminatçısıdır.
Zəfərimiz mübarək!
Müsəlman Birliyi Hərəkatı.
08.11.2022.