Gürcüstanın Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində Həzrət Fatimə Zəhranın (s.ə) şəhadət ildönümünə həsr olunmuş seminar keçirilib.
Tədbirdə həm yerli sakinlər, həm də qonşu bölgələrdən gələn qonaqlar iştirak ediblər.
Altun Sultanovun rəhbərliyi ilə keçən proqram Nicat Musayevin Quran ayələri oxuması ilə açıq elan olunub. Daha sonra mövzu üzrə ilahiyyatçılar Fuad İsayev, Qurban Murquzov və Bəşər Məmmədov məruzələrlə çıxış ediblər.
İlk olaraq iştirakçılar qarşısında çıxış edən Fuad İsayev “Həzrət Fatimənin (s.ə) timsalında tövhidid həyat tərzi” mövzusunda məruzə edib. O vurğulayıb ki, tövhid Allahın yeganə, şəriki olmayan, ibadətə layiq və hər şeyin Möhtacı olduğu Zat kimi qəbul edilməsi deməkdir. Onun sözlərinə görə, dinin əsasını təşkil edən bu etiqad insanın niyyətlərində, seçimlərində və gündəlik əməllərində birbaşa əks olunmalıdır.
Tövhid konsepsiyasının “Fədək” xütbəsindəki səmimiyyət (ixlas) ilə əlaqəsinə diqqət çəkən Fuad İsayev Həzrəti Fatimənin (s.ə) həyatından bu ideallara sadiqlik nümunələri gətirib. Əhli-beytə nazil olmuş “əl-İnsan” surəsinin 8–9-cu ayələrinin təfsirlərinə, həmçinin “Əvvəl qonşu, sonra ev” məşhur kəlamına istinad edərək qeyd edib ki, təmənnasız kömək, ətrafdakıların ehtiyaclarına həssaslıq və yalnız Uca Allahın razılığını qazanmaq arzusu tövhid həyat tərzinin parlaq təzahürləridir.
Daha sonra Qurban Murquzov “Həzrət Fatimə (s.ə) və vilayət konsepsiyasının mahiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O izah edib ki, vilayət Uca Allahın Öz bəndələri üzərindəki mütləq hüququnu və Onun ilahi rəhbərliyini ifadə edir. Bununla yanaşı, Peyğəmbərin (s) və məsum imamların (ə) rəhbərliyi məhz Allahın Özü tərəfindən bəxş edilmiş seçimlərə və səlahiyyətlərə əsaslanır.
İlahiyyatçı xüsusi olaraq vurğulayıb ki, vilayətin müdafiəsi Həzrət Fatimənin (s.ə) həyatında mühüm yer tutub. Onun bu yoldakı prinsipial və güzəştsiz mövqeyi ilahi rəhbərliyə olan dərin sədaqətindən irəli gəlirdi, vilayətin qorunması isə özlüyündə haqq yolun və ali mənəvi dəyərlərin qorunub saxlanılması demək idi.
Seminarın üçüncü çıxışçısı Bəşər Məmmədov hicabın mahiyyətindən danışıb. Hicabın İslamda örtünmə ilə bağlı dini göstəriş olmaqla yanaşı, həya, iffət və Allaha itaət anlayışları ilə əlaqəsini izah edib.
Çıxışlardan sonra Nicat Musayev və Şamil İsmailov Həzrət Fatimeyi-Zəhranın (s.ə) xatirəsinə nohələr səsləndiriblər. Mərasimin sonunda iştirakçılar üçün ehsan süfrəsi açılıb.
Gürcüstanda Həzrət Fatimənin (s.ə) şəhadət ildönümünə həsr olunmuş seminar keçirilib

Oxşar xəbərlər