Müsəlman Birliyi Hərəkatının sədr müavini, ilahiyyatçı alim Elçin Qasımovun ailəsinin qonağıyıq. Qeyd edək ki, Elçin Qasımov Nardaran hadisələri ilə bağlı “ Nardaran işi 2” cinayət işi üzrə mühakimə olunub. E. Qasımovun atası Kamal Qasımovla Nardaran hadisələrindən, ötən bu üç ilin ailə üçün necə keçməsi barədə söhbətləşdik. 2015-ci ilin noyabr 26-da Nardaran kəndində baş verən hadisələr zamanı 100-ə qədər insan həbs olunub, onların da əksəriyyəti Nardaran sakinləri və “Müsəlman Biliyi” Hərəkatının üzvləridir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 2-si polis olmaqla 6 nəfər ölüb.
Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Dörd qrupa ayrılan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. Dekabrın 16-da prokuror çıxışında Elçin Qasımovun 16 il, Ağa Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il, Əmirəli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 28 dekabr 2017-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi Elçin Qasımov və Ağəli Yəhyayevin 15 il, Ramil Əliyev 14 il, Nahid Qəhrəmanov 13 il, Elgün Axundov, İsa İbrahimov, Vüsal Alış, Fərhad Muradovun hər biri 12,5 il, Seymur Aslanov, Seyfəddin Şirvanov, Əli Şahbazov və Əmirəli Əliyevin 12 il, 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 28 mart 2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib.
"Bütün atalar işdən evə gəlir, bəs mənim atam niyə gəlmir?" - Video

Oxşar xəbərlər