Böyük titrəyişlə qorxunc mənzərə yaradan zəlzələ yüzlər, minlərcə ömrü yarı qoydu. Türkiyə, Suriya, Pakistan və İranda son günlər yaşanan faciələr həqiqətən də qandondurucudur. İnsan ömrünün ölümün astanasında hər gün qurban verdiyi həyatını zəlzələ bunu bütünlükdə dəhşət və ağrı ilə aydın nümayiş etdirdi. Neçə-neçə hələ fidan, körpə ömürlər bu günyada həyat hekayələri başlamadan zəlzələ fırtınası ilə qapandı, neçə-neçə arzuları, xəyalları, ümidləri səhərə bağlayan ürəklər üçün bu səhər açılmadan zülmətə döndü. Zəlzələ Türkiyə, İran, Pakistan və Suriyanın səmasında qüssə dolu hüzn buludları ilə ayrılıq incilərini göz yaşlarına qataraq bu torpaqları ölüm bulağından suvardı.
Sözlə ifadə olumayan bu ağrını dost, qardaşlarımızla birlikdə yaşayaraq onların bu faciəsində dərdlərinə şərikik. Peyğəmbərin - ümmət bir bədənin üzvü kimidir, bir üzvün ağrısı bütün bədənin ağrısı kimidir - ifadəsi bu gün bütün İslam dünyasının bu ölkələr üçün narahatlığında öz əksini tapıb. Acınız acımızdır deyib hər iki xalqa bu çətin imtahanda Allahdan səbr, yaralılara şəfa, dünyasını dəyişənlərə isə rəhmət diləyirik.
Acınıza şərikik
Oxşar xəbərlər