Müsəlman Birliyi Hərəkatının həbsdə olan fəal üzvü Əhsən Nuruzadə "kars"a salınıb.
Bu barədə Rakurs.tv-yə Əhsən Nuruzadənin yaxınları məlumat veriblər.
Məlumatda bildirilir ki, 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi Əhsən Nuruzadəyə 1 aylıq "kars" cəzası tətbiq edib.
Əhsən Nuruzadənin artıq 1 həftədir ki, cəza kamerasında olduğu vurğulanır.
Müsəlman Birliyi Hərəkatının fəal üzvü Əhsən Nuruzadə 7 il azadlıqdan məhrum edilib. Bu ilin martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuh
Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.
Əhsən Nuruzadə 2017-ci ilin oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunub.
Amma Əhsən Nuruzadə ittihamı rədd edir, narkotikin cibinə idarədə elə polis tərəfindən atıldığını bildirir.
Əhsən Nuruzadə "kars"a salındı
Oxşar xəbərlər