Aclıq edən məhbus ölüm ayağındadır

Məhkəmə hüquq sistemində, eləcə də, cəzaçəkmə yerlərində baş verən neqativlər təkcə siyasi məhbuslara qarşı törədilməklə məhdudlaşmır. Minlərlə məhbus bu cür əməllərə görə əziyyət çəkir. Rus millətindən olan Raznobarskiy Yan hüquqlarının bərpasına görə artıq 6-cı dəfə aclığa başlayıb. Həbs olunan zaman 100 kiloqramdan artıq bir insan hazırda 46 kiloqram çəkiyə düşüb. Həbsxanadan prezident və vitse-prezidentə müraciət göndərib. Onun həyat yoldaşı Sonya Xaliman Azadliq qəzeti vasitəsi ilə bu müraciətin prezidentə çatdırılmasını istəyib.

Həyat yoldaşı ilə Penitensiar Xidmətin müalicə müəssisəsində görüşən Sonya Xaliman onun vəziyyətinin həddindən artıq kritik durumda olduğunu deyib. “Yan Raznobarskiy artıq danışa bilmir, ayaq üstə çox çətinliklə dura bilir. Nə qədər xahiş etsəm də, aclığı dayandırmır. Buna baxmayaraq bu halda müalicə müəssisəsindən onu yenidən cəza çəkdiyi 1 saylı “ZON”a göndərmək istəyirlər”,-deyə məhbusun həyat yoldaşı bildirib.