Dövlət Gömrük Komitəsinin əməkdaşı olmuş Şamil Abduləliyev üç ildir ki, Nardaran məhbusudur. O, 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat nəticəsində ilahiyyatçı Taleh Bağırov və tərəfdarlarıyla birlikdə həbs olunub. Elə həmin əməliyyatda ona dəymiş üç güllədən ikisini indiyədək ayağında gəzdirir. Atası deyir, o ayaq indi elə vəziyyətə düşüb ki, Şamilin özünün həyatı təhlükə altındadır.
Bu barədə AzadlıqRadiosuna danışan Adil Abduləliyev bildirir ki, oğlunun ayağında qısalma və əyilmə gedir. Ayağın gücü qalmayıb, sərbəst hərəkət edə bilmir: «Ayağında kəskin ağrıları var. Ayaq bədəni gəzdirmir, əksinə, Şamil əliylə ayağını qaldırıb harasa qoyur. Təcili cərrahiyyə əməliyyatı olunmalı, güllələr çıxarılmalıdır. Adamı bədənində güllə ilə həbsdə saxlamaq işgəncə sayılır. Heç əsirlə belə davranmırlar. Əgər bizimkilər müharibə vaxtı erməni əsirini tutsalar, mütləq bədənindəki gülləni çıxarmalıdılar. Beynəlxalq hüquq normaları bunu deyir. Mənim oğlumu üç ildir bu vəziyyətdə saxlayırlar».
«Növbə üç aya da çata bilər, üç ilə də»
A.Abduləliyev 15 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Atası deyir ki, ara-sıra onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürürlər, ancaq xeyri yoxdur. Bir müddət öncə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin göstərişiylə Ş.Abduləliyev 1 Saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) kompüter müayinəsindən keçirilib, ardınca Travmatologiya İnstitutunda həkim komissiyası belə nəticəyə gəlib ki, mütləq əməliyyat olunmalıdır. Atası deyir ki, Şamili dövlət hesabına əməliyyat üçün növbəyə də yazıblar. Bu, iyun ayında olub: «Üstündən beş ay keçib, hələ heç bir xəbər yoxdur. Bizim özümüzə də deyiblər ki, növbə üç aya da çata bilər, üç ilə də. Onun da vəziyyəti günü-gündən pisləşir. Bir tədbir görməsələr, təkcə ayağı yox, bütövlükdə özü təhlükə altında qalacaq».
A.Abduləliyev özəl klinikalardan birində oğlunu müayinə etdirib, həmin həkimin rəyi əsasında addım atmaq istəyib. Dediyinə görə, buna icazə verilməyib.
Ş.Abduləliyevin vəkili Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, bir neçə dəfə müvəkkilinin atasıyla birlikdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət ediblər, hətta durumun ağırlığını nəzərə alıb özləri də ora gediblər: «Şamil üçün ümumiyyətlə, heç nə edilmədiyini demək olmaz. Müayinəyə göndəriblər. Bizə də dedilər ki, əməliyyat olunacaq. Məsələ ondadır ki, əməliyyat tezləşdirilməlidir. Elə bir vəziyyətdədir ki, uzun müddət gözləyə bilməz».
Atanın oğlunu özəl klinikalardan birində yenidən müayinə etdirmək istəyinə gəlincə, Tibb Baş İdarəsindən deyilib ki, qısa müddətdə təkrar kompüter müayinəsinin zəruriliyi əsaslandırılmalıdır. Həkimin əsaslandırmasından sonra bu məsələyə baxıla bilər.
«Hamısı vacib xəstələrdir»
Səhiyyə Nazirliyindən AzadlıqRadiosuna bildirilib ki, əməliyyat növbəsi pozulmur. Çünki növbə pozulanda, narazılıqlar çox olur: «Bu məsələdə növbədə gözləyənlərin də vəziyyətini nəzərə almaq lazımdır. Onların da çoxunun vəziyyəti o qədər yaxşı deyil. Yəni gözləyənlərin hamısı vacib xəstələrdir».
Ş.Abduləliyevə 14 il 6 ay həbs cəzası kəsilib.
Nardaran məhbusunun atası: “Heç əsirlikdə olanla belə davranmırlar”

Oxşar xəbərlər