Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Rufan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizimyol.info xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılıb.
Məhkəmənin hökmü ilə R.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, R.Hüseynov 2014-2015-ci ildə Suriyada keçirilən qanunsuz silahlı birləşmələrdə keçirilən təlimlərdə iştirak edib. O, İŞİD tərkibində olan “Çeçen caamatı”na qoşulub və orada çalışıb. Daha sonra R.Hüseynov Türkiyəyə qayıdıb və orada saxlanaraq, Azərbaycana deportasiya edilib.
Qeyd edək, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
R.Hüseynov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini söyləyib.
Suriya döyüşməkdə təqsirləndirilən azərbaycanlıya hökm oxundu

Oxşar xəbərlər