İran Bəhreyndəki ABŞ bazasına PUA-larla zərbələr endirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) altı pilotsuz uçuş aparatı vasitəsilə Bəhreyndəki hərbi bazada ABŞ-ın hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyalarına (RLS) hücum etdiyini bəyan edib.

Bu barədə İranın Press TV telekanalı məlumat yayıb.

“SEPAH bildirib ki, altı pilotsuz uçuş aparatı Bəhreyndəki… (hərbi) bazada ABŞ-ın hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyalarına zərbələr endirib”, – deyə telekanalın məlumatında bildirilir.

Fars agentliyi SEPAH-a istinadən xəbər verir ki, zərbə Amerika tərəfinin aqressiyasına cavab olaraq endirilib.