Müsəlman Birliyi Hərəkatı Əhsən Nuruzadənin barəsində verilmiş məhkəmə hökmü ilə bağlı bəyanat verib. Əhsən Nuruzadə martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Rakurs TV-ə daxil olan bəyanatı təqdim edirik:
"Azərbaycan hakimiyyəti öz repressiv siyasətini davam etdirir. Bu siyasətinin sonuncu bariz göstəricisi Müsəlman Birliyi Hərəkatının fəalı Əhsən Nuruzadənin saxta ittihamlarla 7 il azadlıqdan məhrum edilməsidir. Hər kəsə aydındır ki, Əhsən Nuruzadə narkotika ittihamı ilə həbs edilsə də, onun həbsinin əsl səbəbi tənqidi fikirləri, ictimai-siyasi fəaliyyəti və Müsəlman Birliyi Hərəkatının üzvü olmasıdır. Bunu onun sonuncu həbsindən öncə də dəfələrlə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən oğurlanması və azadlıqdan məhrum edilməsi sübut edir.
Müsəlman Birliyi Hərəkatı yarandığı gündən çoxsaylı təzyiqlərə məruz qalmışdır. 26 Noyabr 2015-ci ildə Nardaran qəsəbəsində keçirilən əməliyyatdan sonra hərəkatın lideri Tale Bağırzadə və onlarla üzvü qanunsuz əsaslarla həbs edilmişdir. Müsəlman Birliyi Hərəkatı ölkədə yeganə siyasi qurumdur ki, sədri və idarə heyətinin bütün üzvləri hazırda həbs həyatı yaşayır. Çox təəssüflər olsun ki, hərəkata qarşı təzyiqlər bu gün də davam edir.
Müsəlman Birliyi Hərəkatı olaraq bildiririk ki, biz dinc, Konstitusiyanın və qanunların bizə tanıdığı haqlar çərçivəsində fəaliyyət göstəririk. Birmənalı şəkildə zorakı, şiddətyönümlü, hər hansı qarşıdurmaya və iğtişaşlara səbəb olacaq mübarizənin tərəfdarı deyilik. Lakin hərəkata qarşı təqyiqlər və üzvlərimizin ardıcıl həbsi ölkədə onsuz da gərgin olan vəziyyəti bir az daha gərginləşdirir. Müsəlman Birliyi Hərəkatı olaraq Əhsən Nuruzadənin barəsində verilmiş hökmü pisləyir, bunu hakimiyyətin azad fikirə, müxalif düşüncəyə və Müsəlman Birliyi Hərəkatına dözümsüzlük aktı kimi qiymətləndirir, Əhsən Nuruzadənin dərhal bəraətverici əsaslarla azad edilməsini tələb edirik."
Müsəlman Birliyi Hərəkatı Əhsən Nuruzadəyə verilmiş hökmü pislədi

Oxşar xəbərlər