Yaşıllar Partiyasının Türingiyadan olan Bundestaq üzvü və Almaniya Bundestaqının keçmiş vitse-prezidenti Katrin Göring-Ekardt Bəhruz Səmədovun işini öz öhdəsinə götürüb!
Təhlükə altında olan siyasi müxalifləri və insan haqları müdafiəçilərini qorumaq üçün nəzərdə tutulmuş Almaniya Bundestaqının “Parlamentarlar Parlamentariləri Qoruyur” (PSP) çərçivəsində Katrin Göring-Ekardt, Umbakı həbsxanasında ədalətsizcəsinə 15 illik həbsə məhkum edilmiş tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun parlament sponsorluğuna imza atıb.
Parlament sponsorluğu çərçivəsində ictimaiyyətin məlumatlandırılması, siyasi aktyorlarla birbaşa müdafiə, səfərlər və ailə ilə ünsiyyət nəzərdə tutulur.
Almaniya Bundestaqının saytında dərc olunmuş bəyanatında Katrin Göring-Ekardt Bəhruz Səmədovun siyasi məhbus olmasına səbəb olan peşə fəaliyyətinə, ona qarşı irəli sürülən ittihamların saxtakarlığına və hazırkı “problemli saxlanma şəraitinə” diqqət çəkib.
Göring-Ekardt Səmədovun həbsini “açıq-aşkar ədalətsizlik” adlandırır və onun işində “müntəzəm ictimaiyyətlə əlaqələrin tamamilə vacib olduğunu” bildirir.
Alman deputatdan Bəhruz Səmədova böyuk dəstək

Oxşar xəbərlər