Müsəlman Birliyi Hərəkatı Dövlət Təhlükəsizlik Xidmətinin 19 inanclının həbsi ilə bağlı yaydığı video reportajda hərəkatın adının hallanmasına etirazını bildirib. Hərəkat həbs olunan inanclıların güya hərəkat üzvülərindən olması fikirinə etiraz bildirərək bəyanat yayıb. Bəyanatda deyilir:
Azərbaycanın azadlığı və müstəqilliyi hər bir vətəndaşın qürur duyduğu ən ali dəyərlərindəndir. Bu gün bayraqlar arasında dalğalanan üç rəngli bayrağımız xalqımızın birləşdirici nöqtəsi, mübarizə simvoludur. Məhz bu bayrağın altında neçə-neçə Azərbaycan oğlu Vətənin bütövlüyü uğrunda döyüşlərə qatılmışdır. Bəziləri başı üzərində bayraqla döndüyü halda, bəziləri bu bayrağa sarılaraq qayıtmışdır. Azərbaycan onu sevən hər bir vətəndaşın inanc, qürur və güvənc yeridir. Xalqımızın layiqli övladları, malı və qanı bahasına bu sözün real təminatçısı olmasını dəfələrlə göstərmiş və bir Vətən fədaisi olaraq, bundan sonra da göstərməyə hazırdır. Eyni zamanda dəyərləri nəfsinə qurban verən, xalqına, millətinə zərbə vuranlar da bu torpağın övladlarıdır. Təəssüflər olsun ki, Vətənə fədakarlıq səlnaməsi yazanların parlaq siması sırasında ona xəyanətdə adları hallanan şəxslərin yer alması da bir faktdır. Birmənalıdır ki, yüksək statusa malik məmurundan sıravi vətəndaşına qədər bu işin icraçıları qınanmalı və qanun qarşısında cavab verməlidirlər. Bunu təkcə qanun yox, insan varlığına hakim kəsilən vicdan da tələb edir.
Bu günlər Dövlət Təhlükəsizlik Xidmətinin növbəti əməliyyatı olaraq 19 nəfər inanclının saxlanılması ilə bağlı məlumatlar yayıldı. Məlumatın hüquqi cəhəti, həbs olunan şəxslərin ittihamları, mövcud siyasi vəziyyət fonunda hadisənin araşdırılmalı olan bir çox məqamları sıravi vətəndaş üçün sual olaraq qalır. Hadisədə qəribə və təəssüf doğuran məqam isə onun ünvan olaraq Müsəlman Birliyi Hərəkatının üzvüləri ilə əlaqələndirilməyə çalışılmasıdır.
Biz, Müsəlman Birliyi Hərəkatı olaraq bu oyunlara vasitə edilməyə çalışılan adımızın hallandırılmasını növbəti avantüra hesab edirik. Bütün dövlət orqanları MBH-nin mübarizəsinin illərdir ki, sivil, qanun çərçivəsində olduğunu görür. Bu, Hərəkatn nizamnaməsində də öz əksini tapmışdır. Hətta 2015-ci ildə Nardaranda keçirilən əməliyyatın belə bütün yalan iddiaları məhkəmələrdə fiyaskoya uğramaqla yanaşı, əməliyyat çəkilişlərinin üzə çıxarılmaması mümkün olmayan nümunələri ilə bəlli idi. Üç ay öncə DTX-nın hərəkat üzvlərinə qarşı fiziki zor, hətta cinsi təcavüzü fonunda Hərəkatın mövqeyi birmənalı olaraq zorakılığı rədd etdiyi halda, planlı həbsləri bizim adımızla hallandırmaq idarənin öz əməlinə don geyindirməkdən başqa bir şey deyil.
MBH həmişə mübarizəsini qanun çərçivəsində quraraq açıq fikir nümayişindən çəkinməyib və bugün də qeyd olunan prinsipi rəhbər tutaraq bu işdə adının hallanmasını qəti şəkildə rədd edir. Hər kəsin xatırladığı kimi, bir neçə ay öncə Allahın təhqir olunmasına etiraz olaraq, biz, aclıq aksiyası keçirərək, ölümə qədər gedəcək mübarizə üsulunu seçdiyimiz halda, heç bir qanunsuz addıma rəvac verməməklə qanunun aliliyinə ehtiramımızı açıq-aşkar nümayiş etdirmişdik. İndi də, sözügedən hadisələrdə adımızın hallandırılmasına Hərəkat olaraq öz qəti etirazımızı bildirir və DTX-nın bu addımına hüquqi və siyasi çalar verməsi üçün MBH-nın ünvan olaraq göstərilməsini acizlik və ictimai-siyasi baxımdan yanlış təhlilin aparılması kimi qiymətləndiririk.
MBH bəyanat yaydı

Oxşar xəbərlər