Siyasi məhbuslar həbsxanadan dünya liderlərinə müraciət ediblər.
Siyasi məhbuslar Şamil Abdulalıyev, Vüsal Nadiroğlu və Şərif Allahverdiyev həbsxanadan dünya ölkələrinin prezidentlərinə və siyasi xadimlərinə media vasitəsilə müraciət ediblər. Müraciətdə deyilir:
"Hörmətli Prezidentlər və siyasi xadimlər,
biz Azərbaycanın vicdan məhbusları zindandan səfirliklərə və diplomatik korpuslara müraciət edərək övladlarımızın təhsilini davam etdirməsi üçün ölkələrinizdə sığınacaq vermələrini xahiş etmişdik. Təəssüflər olsun ki, müraciətimizə heç bir cavab gəlməyib. Onu da xatırladaq ki, bizim övladlarımız inancalı olduğu üçün məktəbə hicabla getməli olurlar. Bizim hakimiyyətdə oturanlar isə göstəriş veriblər ki, hicablı şagirdləri məktəbə buraxmasınlar. Artıq 1 aya yaxındır övladlarımız təhsil almaq hüququndan məhrum edililər. Onun üçün də biz sizlərə, dünya ölkələrinin Prezidentlərinə siyasi xadimlərinə müraciət edirik:
Ey dünya ölkələrinin və xüsusən də müsəlman ölkələrinin başçıları, sizə qaranlıq zindan divarları arasından səslənirik: Bizim övladlarımızın təhsil alması və təhlükəsiz həyat sürmələri üçün ölkələrinizdə sığınacaq verin."
İmza:
Şamil Abdulalıyev
Vüsal Nadiroğlu
Şərif Allahverdiyev
8 saylı Cəzaçəkmə Müəssisəsi
12 noyabr 2026
"Hicablı övladlarımıza sığanacaq verin!"

Oxşar xəbərlər