Müsəlman Birliyi Hərəkatı qanunsuz həbs və işgəncələrə etiraz olaraq silsiləvi addımlar barədə bəyanat yaydı

Son hadisələr, repressiya ilə müşahidə olunan həbslər fonunda işgəncələr bu sirada bəzi addımları qaçılmaz edir. Xüsusi olaraq təcridxanada saxlanılan şəxslərin təhlükəsizliyi qorunmalı olduğu halda inanclı Ceyhun Balaşovun Kürdəxanı Təcridxanasında amansizlıqla döyülməsi bir daha bu istiqamətdə birlikdə addımların atılmasının zərurətini ortaya qoyub. Şübhəsizdir ki, qanunsuzluq mühitində Ceyhun Balaşova qarşı edilən qeyri-insani davranış bu gün şərlənərək həbsə atılmış bütün məhbusların yaşayacağı haldır. Buna görə də biz bütün bu məsələlərin beynəlxalq səviyyədə həllinə yönələn addımların atılması fikirindəyik. Bununla da ölkə daxili və xaricində olan təşkilatları hakimiyyətin qanunsuz həbs və işgəncələri ilə tanış etmək, eyni halda hüquq müdafiə təşkilatlarının yardımı ilə buna hüquq insitutlarından reaksiya əldə etməklə bu özbaşnalıqlara son verməkdə qətiyyətliyik. Bunula bağlı hərəkat hər bir addımı öz səhifəsində cəmiyyətə təqdim etməyi planlaşdırır.
Silsiləvi addımların atılmasını planlaşdıran hərəkat vandallıq və özbaşnalıqlar, qanunsuz həbslər dayandırılmayacağı halda beynəlxalq hüquqa əsaslanan addımla yanaşı ölkədaxili zəruri olan bütün layihələrin gerçəkləşdirilməsini qarşısına məqsəd qoyub. Bunun üçün xüsusi olaraq günahsız həbs olunanların ailəsi başda olmaqla bu işdə yardımı dəyəcək hər kəsi həmrəy olmağa çağırırıq.
 
 
Müsəlman Birliyi Hərəkatı.
 
 
 
 
Все реакции