ABŞ, Azərbaycan və Ermənistan arasında “Tramp marşrutu” (TRIPP) layihəsinin inkişafı ilə bağlı yeni razılaşma əldə olunub. Üç ölkə nəqliyyat dəhlizinin yaradılması istiqamətində birgə fəaliyyət göstərmək üçün üçtərəfli işçi qrupu formalaşdırıb. Lakin layihənin reallaşması ilə bağlı nikbin gözləntilərə baxmayaraq, onun qarşısında ciddi siyasi və geosiyasi maneələrin olduğu bildirilir.
Rusiyanın “Kommersant” nəşrinin məlumatına görə, işçi qrupuna diplomatlar və texniki mütəxəssislər daxil ediləcək. Gələcəkdə daha iki qrupun yaradılması nəzərdə tutulur. Onlardan biri nəqliyyat infrastrukturu, digəri isə elektrik enerjisi məsələləri ilə məşğul olacaq. Tərəflər tikinti işlərinə mümkün qədər tez başlamaqda maraqlı olduqlarını bildirirlər.
Rusiya mediasına danışan erməni jurnalist Mark Qriqoryanın fikrincə, layihə təkcə Azərbaycan üçün deyil, Ermənistan üçün də ciddi iqtisadi imkanlar yaradır. Onun sözlərinə görə, dəmir yolu Ermənistanın Mərkəzi Asiya ilə, oradan isə Hindistan və Çinlə nəqliyyat əlaqələrini genişləndirə bilər. Eyni zamanda, İrana daha qısa çıxış imkanı yaradacaq. Ermənistan üçün digər mühüm perspektiv Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpasıdır. Gümrü-Qars dəmir yolu xəttinin fəaliyyəti bərpa olunarsa, İrəvan Türkiyə üzərindən Avropa bazarlarına çıxış əldə edə bilər.
Lakin Qriqoryan layihənin yaxın perspektivdə reallaşacağına inanmır. Onun fikrincə, bunun qarşısında bir neçə ciddi maneə mövcuddur.
Birinci məsələ Rusiyanın mövqeyidir. Ermənistanın dəmir yolları Rusiya şirkətinin konsessiya idarəçiliyindədir. Buna görə də layihənin həyata keçirilməsi zamanı Moskvanın maraqlarının necə nəzərə alınacağı mühüm sual olaraq qalır. Rusiya tərəfinin yeni nəqliyyat sistemində iştirak edib-etməyəcəyi, mövcud dəmir yolu infrastrukturunun idarəçiliyinin hansı şərtlərlə dəyişəcəyi hələ aydın deyil. İkinci amil Azərbaycan-Ermənistan münasibətləridir. Jurnalistin fikrincə, iki ölkə arasında sülh hələ kifayət qədər möhkəm deyil. Siyasi etimadın tam formalaşmaması və regional təhlükəsizlik məsələləri layihənin icrasına təsir göstərə bilər. Üçüncü maneə isə İrandır. Tehran Ermənistanın cənubundan keçəcək nəqliyyat xəttinə, xüsusilə də regionda geosiyasi qüvvələr balansının dəyişməsi ehtimalına həssas yanaşır. İran üçün Ermənistanla sərhəd və regiondakı mövcud tranzit imkanlarının qorunması strateji əhəmiyyət daşıyır.
Mark Qriqoryanın qənaətinə görə, bütün bu problemlər nəzərə alınarsa, “Tramp marşrutu”nun 2027-ci ildə, hətta 2028-ci ildə tam reallaşması real görünmür.Xatırladaq ki, “Tramp marşrutu” ilə bağlı razılaşmanın əsası 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında əldə olunub.Layihə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Orta Dəhlizin imkanlarını genişləndirmək, Türkiyə və Avropa istiqamətində yeni nəqliyyat bağlantıları yaratmaq baxımından da mühüm əhəmiyyət daşıyır.
Rusiya mediası: “Tramp marşrutu” 2028-ci ilə qədər reallaşmayacaq