Hicablı qadının apardığı 10 illik mübarizə nəticə verdi

Fransanın Versal Kassasiya Məhkəməsi iş yerində hicab taxdığı üçün 2008-ci ildə işdən çıxarılan qadının iddiasını təmin edib. Bu barədə "Le Paris" qəzeti yazıb.

Məhkəmə haqsız olaraq işdən çıxarılan qadına görə, şirkətin 23 min avro təzminat ödəməsi barədə qərar çıxarıb.
 
Qeyd edək ki, "Micropole" şirkəti tərəfindən dizayn mühəndisi olaraq 2008-ci ildə işə götürülən Əsma Bounaouil iş yerində hicab taxdığı üçün vəzifəsindən kənarlaşdırılmışdı.