Livan və İsrail arasında müvəqqəti atəşkəsdən bir aya yaxın vaxt keçir. Kövrək atəşkəsin nəticəsi İsrailin pozuntuları səbəbindən hələ də qeyri-müəyyəndir. Hizbullah xəbərdarlıq edib ki, İsrailin qanun pozuntularına səssiz qalmayacaq.
8 oktyabr 2023-cü ildə Əl-Əqsa tufanı müharibəsinin başlamasından bir gün sonra Şəhid Seyid Həsən Nəsrullahın rəhbərlik etdiyi Hizbullah işğal rejiminə qarşı müharibəyə qoşulacağını rəsmən elan etdi. Sionistlərə qarşı Əl-Əqsa tufanı mübarizəsinin birinci mərhələsində Hizbullah müharibəni sərhəd bölgələri ilə məhdudlaşdırmağa çalışıb və iki əsas məqsəd müəyyən edib. Bunlar, Qəzzanın mühasirəsinin qarşısını almaq və Livanı mümkün qədər hücumların təsirindən qorumaq.
Livan müqaviməti Qəzzaya dəstək olaraq müharibəyə qoşulduğu ilk andan vəziyyət kifayət qədər çətin və mürəkkəb idi, bölgədəki vəziyyəti izləyənlər bunu anlaya bilirdilər. Əslində vəziyyəti daha da mürəkkəbləşdirən, Hizbullah və digər müqavimət qruplarının Fələstin müqavimətinin başlatdığı və nəhəng fırtınaya çevrilən əməliyyatdan xəbərsiz olması idi. Ancaq təcili qərar verən müqavimət qrupları çox ağır bədəl ödəyəcəklərini bilsələr də, Fələstin xalqını tək buraxmaqdan imtina etdilər.
Bu çərçivədə Hizbullahın şəhid komandiri İbrahim Akil, “Hizbullah dini borcunu yerinə yetirdi və zaman geri getsə belə, Livan müqaviməti yenə eynisini edəcək və Qəzzanı tək qoymayacaq. Çünki Hizbullahın qanuni vəzifəsi bu müharibədə iştirak etmək idi və on minlərlə fələstinli qatil sionist düşmən tərəfindən öldürüldüyünə görə heç vaxt səssiz qala bilməzdi” deyir.
Qəzzaya dəstək və müharibəsində Livan müqavimətinin mənəvi və dini narahatlıqları
Hizbullah siyasi liderləri və hərbi komandirlərinin Əl-Əqsa tufanı müharibəsində Qəzzaya dəstək vermək qərarları humanitar, əxlaqi və dini qayğılara əsaslanırdı. Bu qərar Hizbullaha ağır seçim qarşısında qoyurdu ki, Livan müqaviməti müharibəsində iştirak etmək məsuliyyətini qəbul etdi.
2023-cü il oktyabrın 7-dən ABŞ-a və Livandakı sionist rejiminə xidmət etdiyi bilinən adlar Hizbullaha qarşı böyük kampaniyaya başlayır və Livan xalqını müqavimətə qarşı təhrik etməyə cəhd ediblər. Buna görə də Hizbullah Əl-Əqsa tufanı müharibəsində iştirak etmək üçün hətta Livan daxilində də böyük təzyiqlə üzləşəcəyini bilirdi.
Lakin sionist rejimin izlədiyi prosesi nəzərə alsaq, Hizbullah bu müharibəyə girməsə belə, Livan təhlükəsizliyi ilə bağlı heç bir zəmanətinin olmayacağı aydın idi. İsrail qəfil hücuma keçə bilər deyə, Hizbullah Qəzzaya dəstək verməklə yanaşı, İsrailə qarşı qabaqlayıcı zərbə endirməyi qəbul etdi.
Bütün daxili və xarici təzyiqləri riskə atan müqavimət, düşmənlərin Livandakı müharibənin məsuliyyətini Hizbullaha yönəltmək üçün ssenarilərini düzəldəcəklərini bilirdi.
Hizbullah müharibədə iştirakı ilə əlaqədar aşağıdakı nəticələrə razılaşdı:
Birinci nəticə: Hizbullahın Fələstini dəstəkləməkdə möhkəm mövqeyini sübut etmək;
“Hizbullah” və şəhid Seyid Həsən Nəsrullah son 20 ildə xalqı və Fələstin müqaviməti arasında məşhur bir ad olub və onlar (fələstinlilər) Livan müqavimətini öz mövqeyinə götürərək sionist işğalına qarşı mübarizələrinə yeni həyat verib. Bu səbəblə bir çox insanlar Hizbullahın Fələstin savaşı uğrunda şəhid olmaq əvəzinə Qəzzanı tək qoysaydı, Nəsrullahın Qüdsə gedən yolu fələstinlilərin qəlbində öləcəkdi.
Buna görə də Hizbullah Əl-Əqsa tufanı müharibəsində sürətlə iştirak etməklə sübut etdi ki, ölkə xalqını, müqaviməti və Fələstin davasını dəstəkləməkdəki mövqeyi sadəcə sözlü mövqe deyil. Hizbullah bir daha sübut etdi ki, yalnız Müqavimət Fələstinə dəstək verir və sionist rejim və onun havadarlarının hərbi cinayətləri ilə üzləşmək üçün müqavimətdən başqa variant yoxdur.
Fələstin müqavimətinin 7 oktyabr 2023-cü il tarixində İsrailə qarşı həyata keçirdiyi Əl-Əqsa əməliyyatından sonra HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının komandiri Məhəmməd əl-Deyf bölgədəki Müqavimət Cəbhəsindən fələstinliləri tərk etməməyi xahiş edir. “Livan, Yəmən, İran, İraq və Suriyadakı İslam müqavimətində olan əziz qardaşlarım, bu gün sizin müqavimətinizin Fələstindəki qardaşlarınızın müqaviməti ilə bağlandığı gündür.”
Müqavimət Oxunundan Fələstinin tələblərinə cavab verən ilk qrup olan Hizbullah Əl-Əqsa tufanından bir gün sonra müharibəyə qoşuldu. Livanda xalqı Hizbullaha qarşı təhrik etmək üçün həyata keçirilən daxili kampaniyalarla yanaşı, Amerika-Sionist oxuna bağlı media orqanları bu mübarizədə Livan müqavimətinin rolunu azaltmaq üçün intensiv səylər göstərdilər.
İkinci Nəticə: Qəzzada Müqavimətin məğlubiyyətinin qarşısının alınması;
Qəzzada müharibə başlayandan qısa müddət sonra Qərb mediası sionist rejimin Livana hücum planı hazırladığını bildirir. Xəbərdə əks edilir ki, sionistlər əvvəlcə Qəzzada müqaviməti qıracaq, sonra isə Livana daxil olacaqlar.
Hizbullah Hərəkatı Əl-Əqsa Tufanı müharibəsində iştirak etməsəydi, Qəzza müqavimətinin müharibənin ilk aylarında məğlub olma ehtimalı çox olardı. Livan müqaviməti Fələstin müqavimətinin çiynindən böyük bir yük götürdü və işğalçı qüvvələrin bütün diqqətini Qəzzəyə yönəltməsinə mane oldu.
Əgər sionist İsrail əvvəlcədən planlaşdırılmış planla və ABŞ-ın əməkdaşlığı ilə Qəzzada müqavimət məğlub olduqdan sonra Livana hücum etsəydi, livanlıların ödəyəcəyi bədəl daha çox olardı və Livanda Qəzzaya bənzər bir fəlakət baş verə bilərdi. Belə olan halda bölgə xalqı da sionistlərlə qarşıdurmada məyus olardı və işğalçı rejim çox bədəl ödəmədən öz məqsədlərinə nail olardı.
Üçüncü Nəticə: Fələstin səbəbinin unudulmasının qarşısını almaq;
Hizbullah Qəzzaya dəstək üçün çoxlu qurbanlar verdi. Bəzi ərəb rejimlərinin hərəkətsizliyi və rəsmi susqunluğu kölgəsində Qüds üçün ən yaxşı gənclərini, liderlərini və komandirlərini, xüsusilə Seyid Həsən Nəsrullahı təklif etdi.
Livan müqavimətinin Əl-Əqsa tufanı müharibəsində iştirakının insani və mənəvi ölçüləri ilə yanaşı, Hizbullah həm Qəzzada dəstək cəbhəsində, həm də sərhədlərdə sionistlərlə birbaşa müharibə cəbhəsində mühüm hərbi uğurlar əldə edib. Livan müqaviməti Fələstinin işğal olunmuş şimal hissəsində həyatı dayandırdı və hətta atəşkəsdən sonra da sionist mühacirlər bu bölgəyə qayıtmadılar.
Hizbullah Qəzzanı dəstəkləməkdən imtina etsəydi, bəlkə də ərəb və islam ictimaiyyətinin əksəriyyəti Fələstin məsələsini unudacaqdı.
Unutmayaq ki, HƏMAS Müqavimət Hərəkatının keçmiş Rəhbəri Şəhid İsmayıl Haniyə Əl-Əqsa fırtına müharibəsinin əvvəlində verdiyi açıqlamada bütün dünyada müsəlmanları və azadlıqsevər insanları Fələstinin yanında olmalarını istəyib.
Dördüncü Nəticə: Amerika-İsrailin Yaxın Şərq layihəsinin iflası;
Əgər Hizbullah Qəzzanı tək qoysaydı, bölgədə şiələr və sünnilər arasında parçalanma yaratmağa çalışan düşmənlər dini ixtilafla İslam torpaqlarında yenidən gərginlik yarada bilərdilər. Lakin Livan şiələri Qəzzada olan sünni qardaşlarına tez kömək etdilər və Fələstin müharibəsini dəstəklədiklərini iddia edən ərəb rejimləri qatil İsrailin Qəzzada hərbi cinayətlər törətməsini seyr etməklə kifayətlənirdilər.
Hizbullah Fələstin davası üçün böyük fədakarlıqlar etsə də, düşmən mediası dini nifaq salmaqdan əl çəkmir. Odur ki, Livan müqaviməti Qəzzəyə köməyə gəlməsəydi, Amerika-Sionist oxu öz pis məqsədlərinə asanlıqla nail ola bilərdi.
Hizbullahın keçmiş lideri Seyid Həsən Nəsrullah və bir sıra Hizbullah komandirlərinin Qüds yolunda şəhid olması Amerika-Sionist oxunun şiə və sünni müsəlmanlar arasında ixtilaf yaratmaq üçün həyata keçirdiyi təxribatçı layihəyə böyük zərbə vurdu.
Əgər Hizbullah Qəzzaya köməyə gəlməsəydi, İsrail Fələstin müqavimətini məğlub etməklə ərəb ictimai rəyinə təsir göstərmək kimi strateji məqsədinə çatacaq, eyni zamanda ərəbləri və müsəlmanları birləşdirməyə yönəlmiş hərtərəfli səylərinin məhvinə gətirib çıxaracaqdı. Nəticədə düşmənlər bu zəiflikdən asanlıqla istifadə edə bilərlər.
Hizbullahın Əl-Əqsa Tufanı müharibəsində iştirakının nəticələri