Rusiya Federasiya Şurası İranla strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib

Rusiya Federasiya Şurası Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanunu təsdiqləyib.

Rusiya parlamentinin yuxarı palatasının bu gün keçirilən plenar iclasında bu ilin yanvarın 17-də imzalanmış Rusiya və İran arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanuna baxılıb.

Federasiya Şurası Dövlət Dumasının aprelin 8-də ratifikasiya etdiyi Müqaviləni təsdiqləyib.

 

 

APA