Təl-Əvivdə naməlum şəxs “TRT Haber”in canlı yayımını dayandırmağa cəhd edib
Təl-Əvivdə bir israilli Türkiyənin “TRT Haber” dövlət telekanalının komandasını təqib edərək canlı yayımı dayandırmağa cəhd edib.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, naməlum şəxs telekanalın müxbirini hadisələri düzgün işıqlandırmamaqda ittiham edib. O, jurnalistin ünvanına nalayiq ifadələr işlədib və operatorun əlindən kameranı almağa çalışıb.