Daha bir siyasi məhbus aclıq aksiyasına başlayıb

İşçi Masanın üzvü Elvin Mustafayev (Atilla Xan) saxlandığı 13 saylı Cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirir. Bu barədə məhbus telefon danışığı vasitəsi ilə yaxınlarına məlumat verib.
Bildirilir ki, Elvin Mustafayev 2 həftə əvvəl səhhətindəki problemlərə görə Penitensiar Xidmətin Müalicə müəssəsinə köçürülüb. Orada olan özbaşnalığa etiraz etdiyi üçün müalicə olunmadan cəzaçəkmə müəssisəsinə qaytarılıb. Buna görə də sentyabrın 27-dən aclıq aksiyasına başlayıb. Aksiya ilə bağlı müəssisə rəhbərliyinə rəsmi ərizə də verib.
Xatırladaq ki, Elvin Mustafayev kuryer fəaliyyəti göstərirdi, İşçi Masanın üzvü kimi bütün kuryerlərin etiraz aksiyasının təşkilatçılarından biri kimi narkotik ittihamı ilə həbs olunub. 3 il müddətinə azadlıqdan mərhumetmə cəzasına məhkum edilib.
 
 
Azadlıq Qəzeti