İran lideri: Amerika regiondakı şərini azaltsa, müharibələr tamamilə yox olacaq

 İslam İnqilabının Ali Məqamlı Rəhbəri dedi: Bölgəmizdə problemin əsasını - bu münaqişələr, müharibələr, narahatlıqlar və düşmənçilikləri və sairi yaradan - bölgədə sülh və əmin-amanlıqdan dəm vuran ölkələrin olması təşkil edir. Yəni Amerika və bəzi Avropa ölkələri. Əgər bunlar bölgədən şərlərini azaltsalar, şübhəsiz ki, bu müharibələr, toqquşmalar tamamilə aradan qalxar.

Bu səhər (çərşənbə günü) bir qrup elita, yüksək elmi istedadlar və qəbul imtahanında yüksək nəticə göstərənlər İmam Xomeyni (r.ə.) Hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri ilə görüşüblər.
Onun bu görüşdəki çıxışının ən mühüm məqamları bunlardır:

 - Bu günlərdə əza saxlayırıq; Mən xüsusilə dərindən kədərlənirəm. Baş verən hadisə kiçik bir hadisə deyil; Cənab Seyid Həsən Nəsrullahın itkisi kiçik bir hadisə deyil və bu, bizi dərindən kədərləndirdi. 

 - Bu fəza ölkədə ictimai yas fəzası olsa da, sözün əsl mənasında əza olsa da, bu görüşü sonraya təxirə salmadım. Bu görüş əvvəlcədən planlaşdırılmışdı və məsələn, gələn həftə keçirilə bilərdi. 

 - Düşündüm ki, bu məsələni gecikdirmək olmaz. Bu oriyentasiya, elita və elitaya istiqamətlənmə zamanı geri çəkilməməlidir. Görüşü təşkil etdik. Bu məclisin bizə bir mesajı var və mesaj da ondan ibarətdir ki, əza saxlasaq da, əza saxlamağımız matəmə qərq olmaq və depressiyaya düşmək, bir küncdə oturmaq demək deyil. 

 - Bizim əzamız şəhidlər ağası İmam Hüseyn (ə) əzasına bənzəyir. O, canlıdır və canlandırır. Biz əza saxlayırıq, lakin bu əza bizi hərəkətə, irəliləməyə və daha həvəslə işləməyə məcbur edir. İstəyirəm ki, bu mesaj sözün əsl mənasında ürəyimizə və ruhumuza nüfuz etsin. Hiss etməliyik ki, əzadarlığımız da bizi irəli aparmalıdır. 

 - Təbii ki, Livan məsələləri və bu böyük və əziz şəhidlə bağlı sözlərim var ki, inşallah yaxın vaxtlarda onları deyəcəyəm. 

 - Dediyim kimi, Allah qoysa, ömrüm qalsa, Qəzzə və Livan məsələlərini müzakirə edəcəm və burada bircə söz deyəcəm, bölgəmizdə problemin əsasını - bu münaqişələr, müharibələr, narahatlıqlar və düşmənçilikləri və sairi yaradan - bölgədə sülh və əmin-amanlıqdan dəm vuran ölkələrin olması təşkil edir. Yəni Amerika və bəzi Avropa ölkələri. 

 - Əgər bunlar bölgədən şərlərini azaltsalar, şübhəsiz ki, şübhəsiz ki, bu müharibələr, toqquşmalar tamamilə aradan qalxar. Region ölkələri özlərini və bölgələrini idarə edə, birlikdə sülh, sağlamlıq və rifah içində yaşaya bilərlər. 

 - Ümid edirik ki, Allahın lütfü ilə, İran xalqının böyük səyləri və İslam İnqilabının ilhamı və digər xalqların həmkarlığı ilə, inşallah, düşmənlərin şərrini bu bölgədən uzaqlaşdıracağıq.